×
A
A
A
Sazlamalar

Qrup hərəkətləri üzrə yığma komandamız dünya kuboku yarışlarında iki medal qazanıb

Bakı, 23 may, AZƏRTAC
İspaniyanın Pamplona şəhərində keçirilən bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medallara layiq görülüblər.
Fərdi proqramda ölkəmizi təmsil edən millimizin üzvü Zöhrə Ağamirova halqa ilə 5-ci, topla 6-cı, lentlə çıxışına görə 7-ci olub.

İdman 2022-05-23 00:15:00