×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu üç futbolçusu ilə müqaviləni yeniləyib

Bakı, 22 may, AZƏRTAC

“Qəbələ” klubu üç futbolçusu ilə müqavilə müddətini uzadıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb. Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaları 2021-2022-ci il mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinəcəklər.
Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ”nin heyətində İ.Alimi 32 (10 qol), Y.Akakpo 6 (2 qol) və K.Atanqana 5 oyun keçirib.

İdman 2022-05-22 21:55:00