×
A
A
A
Sazlamalar

Futzal üzrə İkinci Liqada mükafatlar təqdim olunub

Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də futzal üzrə İkinci Liqada XXVI turun oyunları keçirilib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Atletiko Baku”, “Timsport”, “Baku Fire-3”, “Rəvan” və “Advokat” komandaları mövsümü qələbə ilə başa vurublar.
“Borçalı” – “Bibi-Heybət” dueli isə birincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. “Hövsan” yarışdan kənarlaşdırıldığına görə, “Xan-Lənkəran” 3 xal qazanıb.
Turun sonuncu - “Advokat” – “İSMA Baku” oyunundan sonra isə mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə iştirakçı komandalara təşəkkürnamələr verilib. Rəqib qapılarından 43 top keçirən “Advokat”ın hücumçusu Nurəli Əsədov mövsümün bombardiri olub. Ən yaxşı qapıçı “Baku Fire-3”ün qolkiperi Ümid Paşayev, ən yaxşı oyunçu isə “Rəvan”dan Ülvi Əliyev, ən yaxşı baş məşqçi isə “Advokat”ın çalışdırıcısı Fuad Rzayev seçilib.
“Baku Fire-3”ə bürünc, “Rəvan”a gümüş, “Advokat”a isə qızıl medal, mükafatçılara diplomlar, qalib komandaya isə kubok təqdim olunub.

İdman 2022-05-22 20:30:00