×
A
A
A
Sazlamalar

“Leyptsiq” klubu tarixində ilk dəfə Almaniya kuboku yarışlarının qalibi olub

Bakı, 22 may, AZƏRTAC

Futbol üzrə Almaniya kuboku yarışlarının finalında “Leyptsiq” klubu “Frayburq”u (1:1, penalti seriyası - 4:2) məğlub edib.
AZƏRTAC xəbər verir ki, bu, 2009-cu ildə yaradılan klubun tarixində ilk rəsmi kubokdur. 2019-cu və 2021-ci illərdə komanda ölkə kuboku yarışlarının finalına çıxsa da, məğlubiyyətlə üzləşib.
“Leyptsiq” 13 illik tarixində iki dəfə Avropa yarışlarında yarımfinal mərhələsinə yüksəlib. Komanda 2019/2020-ci il mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə uduzub. Cari mövsüm isə komanda Avropa Liqasının yarımfinalında Şotlandiyanın “Reyncer” komandasına məğlub olub.
Almaniya çempionatının başa çatan 2021/2022-ci il mövsümünün nəticələrinə görə, “Leyptsiq” 58 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

 

 

 

İdman 2022-05-22 18:22:00