×
A
A
A
Sazlamalar

Azərbaycan şairinin şeirləri Vyetnamın ədəbiyyat saytlarında

Bakı, 22 may, AZƏRTAC

Beynəlxalq Alaş Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qosalının şeirləri Vyetnam və Özbəkistan mətbuatında yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Ə.Qosalının şeirləri tanınmış Vyetnam şairləri Mai Van Phan və Nguyen Ba Giap tərəfindən vyetnamcaya çevrilərək vanchuongphuongnam.vn və maivanphan.vn ədəbiyyat saytlarında yerləşdirilib.
Qeyd edək ki, bundan az öncə Özbəkistanın “İcad dünyası” dərgisi də Ə.Qoşalının şeirlərini yayımlayıb.
Onu da vurğulayaq ki, Ə.Qoşalı ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilib.

 

 

Mədəniyyət 2022-05-22 17:43:00