Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb
Kiyev, 22 may, AZƏRTAC
Ukrayna Ali Radasının bu gün keçirilən iclasında “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” və “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Prezident fərmanları təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, sənədlərə əsasən Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün müddətinə avqustun 23-dək uzadılıb.
Ukrayna Ali Radasının deputatları 320 səslə fərmanları təsdiqləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Cozef Bayden və Boris Conson üç ölkənin NATO-ya üzvlüklə bağlı razılığa gəlməsini alqışlayıb
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb