Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırıb
Bakı, 22 may, AZƏRTAC
Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını dayandırıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma ilə idxal hesabına təmin olunacaq. 2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17 faizini Rusiyadan almışdı.
Beləliklə, Litvada artıq Rusiyanın nə qazı, nə nefti, nə də elektrik enerjisi var.
Amerikanın Missuri ştatında sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var
İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Prezident Rəcəb Tayyib Ərdoğan: Adanada yüksəkkeyfiyyətli neft yatağı aşkar etmişik