Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ olub
Tokio, 22 may, AZƏRTAC
Mayın 22-də yerli vaxtla 12:24 dəqiqədə Yaponiyanın şimal şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Fukusima prefekturasının sahillərində, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi qeyd olunur.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatorunun yaydığı məlumata görə, stansiya ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb.
Yeraltı təkanlar Yaponiyanın şimalında və şimal-şərqində yerləşən prefekturalarda da hiss edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək
ÜST: Avropada meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə ehtiyac var