×
A
A
A
Sazlamalar

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var VİDEO

Ankara, 22 may, AZƏRTAC
Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb. Mayın 22-də Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.
AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, nəticədə iki nəfər həyatını itirib, beşi ağır olmaqla 42 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-05-22 09:51:00

Video