×
A
A
A
Sazlamalar

Filippində 5,8 bal gücündə zəlzələ olub

Tokio, 22 may, AZƏRTAC

Mayın 22-də Filippində 5,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-05-22 07:33:00