Azərbaycanda ilk dəfə inklüziv pantomim tamaşa təqdim olunub
Bakı, 22 may, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycan Film Akademiyası və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Səssizlik” inklüziv pantomim tamaşa təqdim olunub. Tamaşada iştirak edənlərin əksəriyyəti eşitmə və nitq məhdudiyyətli gənclər olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Film Akademiyasının rəhbəri Zaur Tahirsoy eşitmə məhdudiyyətli gənclərin iştirakı ilə pantomim tamaşa ərsəyə gətirilməsinin onun çoxdankı arzusu olduğunu bildirib: "Mənə bununla bağlı müraciət ediləndə çox sevindim. Uzun müddətdir arzu etdiyim bir iş ərsəyə gəldi. Azərbaycan Film Akademiyası olaraq aktyorluq qabiliyyəti olan eşitmə və nitq məhdudiyyətli gənclərimizin karyerası üçün dəstəyimizi əsirgəməyəcəyik, onların bu sahədə irəliləməsinə kömək edəcəyik".
İctimai birliyin koordinatoru, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva Azərbaycanda ilk dəfə təqdim olunan inklüziv pantomim tamaşanın əsas məqsədinin eşitmə məhdudiyyətli şəxsləri cəmiyyətə adaptasiya etmək olduğunu deyib.
Təşkilatın rəhbəri Şamil Sabirzadə tamaşanın ərsəyə gəlməsi üçün eşitmə məhdudiyyətli gənclərin üç ay ərzində məşqlərdə iştirak etdiklərini və bu işin öhdəsindən uğurla gəldiklərini diqqətə çatdırıb.
Sonra pantomim tamaşa nümayiş etdirilib. Müxtəlif mövzuları əhatə edən tamaşada Milli Qəhrəman Mübariz İbrahimovun obrazı da canlandırılıb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, aktyor və rejissor Zaur Əliyevdir. Tamaşada ictimai birliyin rəhbəri Şamil Sabirzadə və koordinatoru Könül Quliyeva da rol alıblar.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir