“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Bakı, 22 may, АZƏRTAC
“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), eləcə də, Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna üzərində qələbə qazanan təmsilçimiz xalların sayını 19-a çatdırıb. O, bu nəticə ilə 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.
Fransanın “Lill” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib
BP Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığını davam etdirəcək
“Qəbələ” klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib
İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq
Sərbəst güləş üzrə Azərbaycan millisinin U-20 Avropa çempionatı üçün heyəti açıqlanıb