×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib

Bakı, 21 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən XXVIII turadək 5 futbolçunun hesabında 11, 1 oyunçunun isə 10 qolu var idi. Bu 6 futbolçudan yalnız Kadi Borqes son turda fərqlənib.
“Neftçi”nin qapısına yol tapan “Qarabağ”ın braziliyalı futbolçusu mövsümdə 12-ci qolunu vurub. Futbolçu bununla da komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadji, “Zirə”dən Davit Volkov, “Sabah”dan Coy-Lens Mikelsi arxada qoyub.

İdman 2022-05-21 23:03:00