“Heydər Əliyev Kuboku” uğrunda voleybol turnirinin qalibi “Culfa” komandası olub
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə muxtar respublika turniri başa çatıb.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kişilərdən ibarət komandaların iştirak etdiyi turnirdə kollektivlər iki yarımqrupda mübarizə aparıb. Qrupu ilk iki sırada bitirənlər play-off mərhələsinə adlayıblar. Üç gün davam edən yarışın son günündə iki oyun keçirilib. Üçüncü yeri müəyyənləşdirən “Şərur”-“Sədərək” görüşündə üstün tərəf şərurlular olub: 3-1 (25:13, 25:27, 25:20, 25:17).
Final qarşılaşmasında isə “Naxçıvan” və “Culfa” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədən 3-1 (25:21, 20:25, 25:18, 25:23) hesablı qələbə ilə ayrılan Culfa təmsilçisi turnirin qalibi olub.
İlk üçlükdəki komandalar diplom və hədiyyələrlə təltif ediliblər. Əsas mükafat – “Heydər Əliyev Kuboku” Culfa voleybolçularına verilib. Mükafatları gənclər və idman naziri Ramil Hacı və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli təqdim ediblər.
Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib
Göbələk həvəskarları üçün yeni dad – quzu ətindən baha olan quzuqarnı
Zəngilan rayonunun Şəfibəyli kəndi FOTO