×
A
A
A
Sazlamalar

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir

İstanbul, 21 may, AZƏRTAC

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin hərbçilərinin qardaş ölkənin Qars vilayətində “Heydər Əliyev-2022 Faktiki Atış Birgə Quru Təlimləri” uğurla davam edir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində verilən məlumat “#TekMilletİkiDevlet” həştəqi ilə paylaşılıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Ordu 2022-05-21 20:29:00