Naxçıvanda ümumi daxili məhsul istehsalı 1,7 faiz artıb
Naxçıvan, 21 may, AZƏRTAC
Muxtar respublikada 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1676,8 manat olub.
104 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçib
Azərbaycan polisi asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir
Səmərəli reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb
Odilcon İminov: Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində Qarabağ inkişaf edəcək