Hindistanda şiddətli yağışlar səbəbindən 14 nəfər ölüb
Pekin, 21 may, AZƏRTAC
Hindistanın şimal-şərqindəki Assam ştatında həftə ərzində yağan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, son sutka ərzində ikisi uşaq olmaqla 4 nəfərin meyiti tapılıb. Ştatın bir neçə rayonu üzrə hələ də 7 nəfər itkin hesab olunur.
Güclü yağışların əmələ gətirdiyi sel, daşqın, sürüşmə, palçıq axını 700 mindən çox sakinə mənfi təsir edib, təxminən 75 min nəfər təxliyə edilib. Kommunikasiya xətlərinə, avtomobil və dəmir yolu şəbəkəsinə ziyan dəyib. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ümumilikdə, 80 min hektardan çox əkin sahəsi su altında qalıb.
Təbii fəlakətlə mübarizəyə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər də cəlb olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi 30 faizdən çox artıb
Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib
“Aere” tropik qasırğası Yaponiyanın cənub-qərb adalarına yaxınlaşır
Özbəkistan DİN Nukus şəhərində baş verən hadisələrlə bağlı açıqlama yayıb
Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi qəzaya uğrayıb