Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 21 may, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 2,794 qram olan heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs olunub
Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotik vasitə ilə tutuldular
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb
Sahil qəsəbəsində üç nəfərin velosipedlərini oğurlayan şəxs yaxalanıb