Məhkumlar üçün seminar-treninqlər keçirilib
Bakı, 21 may, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə əməkdaşlarının məhkumlarla növbəti görüşləri 1 və 10 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
“Multikultural cəmiyyətdə ifrat məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Cəlilabadda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb
“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinə start verilir
Baş prokuror İmişli Rayon Prokurorluğunda vətəndaşlarla görüş keçirəcək