Hindistanda daşqınlar 14 nəfərin həyatına son qoyub
Bakı, 21 may, AZƏRTAC
Hindistan şimal-şərqində yerləşən Assam ştatında bir həftəyə yaxın yağan aramsız leysanın səbəb olduğu daşqınlarda ölənlərin sayı 14 nəfərə çatıb, 7 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə NDTV telekanalı ştatın təbii fəlakətlərlə mübarizə idarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən Assam ştatının 29 dairəsində 700 min sakin ziyan çəkib. Həmçinin 2,2 min kənd su altında qalıb. Xilasetmə əməliyyatına Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub. Bir çox yaşayış məntəqələrinə yerüstü yolla getmək mümkün deyil. İnsanlar çadır düşərgələrə təxliyə edilir.
İnterpol, Frontex və Europolun birgə reydləri zamanı 212 nəfər saxlanılıb
NASA: Yadplanetlilərlə bağlı heç bir sübut yoxdur
Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir
Avropada su balansının pozulması nə kimi təhlükələr yaradır?