×
A
A
A
Sazlamalar

“İdman əngəl tanımır” mövzusunda görüşün qonağı ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev olub

Bakı, 21 may, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir. Rayon gənclər evində keçirilən layihənin növbəti görüşü Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilib.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, “İdman əngəl tanımır” mövzusunda olan görüşün qonağı Azərbaycan ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev olub.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak ediblər.
Görüşdə İ.Zəkiyev əvvəlcə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb. Sonra o, iştirak etdiyi Qarabağ müharibəsindən, yaralanmağı nəticəsində idmanı yarımçıq qoymayıb davam etməsindən danışıb.
Paralimpiya idmançımız, həmçinin gənclərimiz tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb.
Olduqca maraqlı keçən görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkdirilib.

Cəmiyyət 2022-05-21 18:50:00