İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 305 namizəd qeydiyyatdan keçib
Bakı, 21 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 18:20-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 305 (BA - 91, BB - 214) namizəd qeydiyyatdan keçib.
BDU-nun nəşri olan Türk dünyasının riyaziyyata aid elmi jurnalı yüksək təsir əmsalı qazanıb
Ali məktəblərə qəbul olmaq üçün 18 minə yaxın subbakalavr ərizəsini təsdiq edib
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır