Binəqədi Gənclər Evi “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil edib
Bakı, 21 may, AZƏRTAC
Binəqədi Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, təlim Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin əməkdaşı Günel Əfəndiyeva tərəfindən keçirilib.
Təlim insan alveri fenomeni, onun növləri və üsulları, insan alveri qurbanlarına sosial yardım, qurbanların reabilitasiya və reinteqrasiyası, insan alverinə qarşı mübarizədə erkən identifikasiyanın rolu kimi mövzuları əhatə edib.
Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb
Estoniya KİV-də Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc edilib
Zaqatalada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb