Azərbaycan Futvole Federasiyasının prezidenti ilə Litva millisinin rəhbər heyəti arasında görüş keçirilib
Bakı, 21 may, AZƏRTAC
Paytaxtımızda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva millisinin rəhbər və məşqçi heyəti Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla görüşüb.
Azərbaycan Futnet Federasiyasından AZƏRTAC-a bildiriblər ki, federasiyada keçirilən görüşdə yerli qurumun rəsmiləri Gülağa Cabbarov və uzun illər çimərlik futbolu üzrə FIFA referisi olan Əfqan Həmzəyev də iştirak edib.
Litva Çimərlik Futbolu və Futzal Federasiyasının rəhbəri Vidmantas Butkeviçyus ilə görüşdə Azərbaycan Futnet Federasiyasının da prezidenti olan V.Xəlilov futtennis və futvole idman növlərinin inkişaf perspektivləri, qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq sahədə əməkdaşlıq haqqında müzakirələr aparıblar.
Son illər Azərbaycanda futvole və futnet sahəsində görülən işləri yüksək qiymətləndirən Litva nümayəndə heyəti beynəlxalq federasiyanın tərkibinə qatılmaq üçün əməli addımlar atmağa hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, çimərlik futbolu üzrə Litva millisi Bakıda yığmamızla iki yoldaşlıq matçında qüvvəsini sınayıb.
FIFA-nın prezidenti “Qarabağ” klubunu təbrik edib
Dünya çempionatı: Taekvondoçumuz Xanoğlan Kərimovdan növbəti qələbə
Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşı baş məşqçisi seçilib
Taekvondoçumuz Xanoğlan Kərimov dünya çempionatında ilk qələbəsini qazanıb