×
A
A
A
Sazlamalar

“İctimai fikir, siyasi düşüncə və siyasi həmfikirlər institutu” mövzusunda görüş keçirilib

Bakı, 21 may, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və fikir adamları ilə silsilə görüşləri davam etdirir.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovla gənclər arasında “İctimai fikir, siyasi düşüncə və siyasi həmfikirlər institutu” mövzusunda görüş keçirilib.
Görüşdə “Müasir gənclik, hədəf və perspektivlər”, “Regionda Azərbaycanın yaratdığı yeni konfiqurasiyada yeni çağırışlar və tələblər”, “Gənclər arasında ideoloji işin qurulması və siyasi savadlılığın artırılması”, “Ölkəmizdə dialoq mühiti: həmrəylik və xalq-iqtidar birliyi” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi və maraqlı keçən söhbətin yekununda sual-cavab mərhələsi olub.
Sonda R.Qonaqov “Davam” Gənclər Hərəkatının fəaliyyətinə uğurlar arzulayıb və Hərəkatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib.

Cəmiyyət 2022-05-21 17:37:00