×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində 8 müsabiqə keçiriləcək

Bakı, 21 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqələr 3 kateqoriya üzrə iştirakçı arasında keçirilir: məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır.
Müsabiqələrdə iştirak üçün 5000-dən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanacaq.

İKT 2022-05-21 17:32:00