×
A
A
A
Sazlamalar

Gürcüstan Müsəlmanları İdarəsinin sədri: Ağdamda insanlıqdan uzaq mənzərənin şahidi olduq VİDEO

Ağdam, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Biz neçə gündür Azərbaycanda səfərdəyik. Bu gün Ağdama səfər etmişik. Biz eşitmişdik ki, bu bölgələr öz füsunkar təbiəti ilə tanınıb. Amma təəssüf olsun ki, Ağdam torpağına qədəm qoyan andan ürək ağrısı keçirdik, insanlıqdan uzaq mənzərənin şahidi olduq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov deyib.
O qeyd edib ki, Ağdamda mədəni, dini və tarixi abidələr erməni vandallığına məruz qalıb: “Biz düşünürük ki, zaman keçdikcə Azərbaycan dövləti bunları bərpa edəcək. Ancaq bir şeyi deyim ki, bütün bunlar təkcə Azərbaycanda yaşayan vətəndaşların yox, eyni zamanda, dünyada yaşayan azərbaycanlıların zehnindən silinməyəcək. Onu da deyim ki, biz bu gözəl torpaqların işğaldan azan olunması üçün Allahımıza şükür edirik. Eyni zamanda, şəhidlərimizi rəhmətlə anırıq, onların ruhu qarşısında baş əyirik”.

Regionlar 2022-05-21 17:09:00

Video