×
A
A
A
Sazlamalar

ANAMA tərəfindən humanitar minatəmizləmə sahəsində təlim keçirilib

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlim və keyfiyyətə təminat şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumunun 27 əməkdaşına “Döyüş sahəsinin təmizlənməsi” mövzusunda təlim keçirilir.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bir həftə davam edən təlimin əsas məqsədi mütəxəssislərin döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqlara yiyələnməsidir.
FHN-in Ağdam rayonundakı regional mərkəzində keçirilən təlimdə əməkdaşlara döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkarlanan sursatların qiymətləndirilməsi ilə bağlı biliklər öyrədilir.
Təlimi müvəffəqiyyətlə tamamlayan əməkdaşlara ANAMA-nın müvafiq şəhadətnamələri təqdim olunacaq.
Qeyd edək ki, bu, FHN-in müvafiq qurumuna Agentlik tərəfindən humanitar minatəmizləmə fəaliyyəti çərçivəsində keçirilən növbəti təlimdir. Bu fəaliyyətin təşkili, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq minatəmizləmə standartlarına uyğun əməliyyatların icrasında vacib addımlardan biridir.

Cəmiyyət 2022-05-21 17:16:00