×
A
A
A
Sazlamalar

Portuqaliya iqlim dəyişikliyinin ən çox hiss edildiyi ölkələrdən biridir

Lissabon, 21 may, AZƏRTAC
Ətraf mühit və iqlim dəyişməsinə qarşı mübarizə naziri Duarte Kordeyru xəbərdarlıq edib ki, Portuqaliya Avropada iqlim dəyişmələrinin nəticələrinin daha çox hiss edildiyi və gələcəkdə də hiss ediləcəyi ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, portuqaliyalı nazir iqlim dəyişməsinin fəsadlarından biri kimi suyun səviyyəsinin qalxmasını göstərib.
Duarte Kordeyru vurğulayıb ki, ölkənin bütün sahilboyu xəttində çimərliklərin bərpası, qum təpəlikləri sistemlərinin əvəzlənməsi, sahilboyu müdafiə qurğularının dəstəklənməsi üzrə müntəzəm, diqqətli və qəti fəaliyyət tələb olunur.
Nazirin sözlərinə görə, ölkənin sahilboyu xəttinin müdafiəçi üçün 143 milyon avro həcmində sərmayə ayrılması planlaşdırılıb.

 

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Ekologiya 2022-05-21 17:12:00