×
A
A
A
Sazlamalar

“TEXNOFEST Azərbaycan” festivalı çərçivəsində görülən işlər açıqlanıb VİDEO

Bakı, 21 may, AZƏRTAC

“TEXNOFEST Azərbaycan” festivalı çərçivəsində görülən işlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisinin rabitə, elektrik enerjisi və digər kommunikasiyalarla təminatı yoxlanılıb, görüləcək işlərin planı hazırlanaraq icrasına başlanılıb.
Festivala gəliş-gedişin asanlaşdırılması və sıxlığın aradan qaldırılması üçün nəqliyyat planı hazırlanıb, həmçinin “28 May” metrosu yaxınlığından tədbir yerinə və əksinə avtobuslarla xüsusi reyslər təşkil edilib.
Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə əməkdaşlıq planlaşdırılıb.
Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanılıb.
Ziyarətçilərin “iticket.az” platforması üzərisindən onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən artıq qeydiyyatdan keçmək mümkündür.
Dənizkənarı Bulvar ərazisində çadırların montaj işlərinə start verilib.

İKT 2022-05-21 17:00:00

Video