×
A
A
A
Sazlamalar

UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində müsabiqəyə layihə qəbulu davam edir

Bakı, 21 may, AZƏRTAC

UNESCO-nun İpək Yolu Proqramının “Silk Roads Youth Research Grant” layihəsi çərçivəsində tədqiqat müsabiqəsinə layihə qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 35-dək olan tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsini mayın 31-dək təqdim edə bilərlər.
Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Elm və təhsil 2022-05-21 16:39:00