Azərbaycanda daha 2 faydalı qazıntı yatağı hərraca çıxarılıb
Bakı, 21 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Quba rayonunda yerləşən “Babaçay” qum çınqıl yatağının 5 LOT üzrə 21 hektar sahəsi və “Qonaqkənd” qum-çınqıl yatağının 15 LOT üzrə 73 hektar sahəsi hərraca çıxarılıb.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 2022-ci il iyunun 14-ü saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim etməlidirlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Açıq hərrac Xidmətin Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3FX5tRX) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/38D5rS) tanış olmaq olar.
Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
Zəngilanda 38 min hektara yaxın ərazidə torpaqların təyinatı üzrə uçot işləri aparılıb
Qurban bayramı ərəfəsində sahibkarlarla görüşlər davam edir
İranın energetika naziri Azərbaycana səfər edəcək
“Uludağ” Turizm və İstirahət kompleksi MMC-yə 400 min manat güzəştli kredit verilib