×
A
A
A
Sazlamalar

Xarici müəssisələr əsas kapitala 988,4 milyon manat vəsait yönəldiblər

Bakı, 21 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 988,4 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 959,8 milyon manatı (97,1 faizi) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Malayziya sərmayədarlarına məxsus olub.

 

Tikinti̇ 2022-05-21 16:18:00