Nazir Rəşad Nəbiyev Göyçayda şəhid və qazi ailələrində olub
Bakı, 21 may, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ucar rayonuna səfəri çərçivəsində Göyçay rayonunda şəhid və qazi ailələrini ziyarət edib, şəhid bulağının açılışına qatılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Rəşad Nəbiyev şəhid Şirinov Eldar Bağır oğlunun ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan söz açılıb, xatirələr dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir
Lənkəranda “Qan ver, həyat xilas et!” şüarı altında gənc könüllülər qan verib
Bərdədə keçirilən qanvermə aksiyasında 23 nəfər gənc könüllü qan verib