DİM: 20 nəfər TOEFL iBT imtahanı verib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının iyunun 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
UNEC-in Dərbənd filialına sənəd qəbul aparılır
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır
BDU-nun “Web of Science” bazasında indekslənən daha bir elmi jurnalın təsir əmsalı yüksəlib