×
A
A
A
Sazlamalar

Elmi seminar: Rəqəmsal erada metrologiya

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”nə həsr olunmuş Ümumdünya Metrologiya Günü ilə əlaqədar III elmi-praktik seminar keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal erada metrologiya” mövzusunda keçirilən seminarda Cihaz mühəndisliyi kafedrasının müdiri dosent Lalə Bəkirova çıxış edib. O, ölkədə həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tədqiqatlarda, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında metrologiyanın mühüm rolundan danışıb. Bu sahədə son illər ölkədə görülən işlərdən bəhs edən L.Bəkirova ölçmə avadanlığının kompüterləşdirilməsi ilə yanaşı, onun metroloji təminatının da intensiv formada həyata keçirildiyini deyib.
Seminarda “Rəqəmsal erada metrologiyanın neft sənayesində əhəmiyyəti”, “Rəqəmsal erada metrologiyanın iqtisadiyyata və həyatımıza təsiri”, “Rəqəmsal erada metroloji məlumatların təhlükəsizliyi”, “3D Metrologiya” mövzularında məruzələr dinlənilib.

Elm və təhsil 2022-05-21 16:01:00