Almaniya və İtaliya qaza görə ödəniş üçün rubl hesabları açmağa icazə verib
Bakı, 21 may, AZƏRTAC
Almaniya və İtaliyanın hakimiyyət orqanları Brüssellə məsləhətləşmələrdən sonra öz kompaniyalarına sanksiyaları pozmadan Rusiya qazına görə ödəniş üçün rubl hesabları açmağa icazə verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu ölkələrdə qaz idxalçılarının “Qazprombank” bankına ödənişlərin xarici valyutada həyata keçirilməsi şərti ilə enerji resurslarının pulunu ödəmək üçün rubl hesablarının açılması mümkün hesab edilib.
Agentliyin yazdığına görə, bundan öncə Brüssel sanksiyaları pozmadan Rusiya qazının alınmasına dair iki yazılı təlimat təqdim edib. Eyni zamanda, Avropa İttifaqının rəsmiləri “bağlı qapılar arxasında” keçirilən görüş zamanı kompaniyalara “Qazprombank” bankında rubl hesabı açmamağı tövsiyə edib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edir, o cümlədən Rusiyadan neft-qaz idxalına embarqo qoyulması barədə müzakirələr gedir.
“Türk axını” ilə qaz nəqli dayandırılacaq
ABŞ OPEC+ toplantısının neft bazarında sabitliyi qoruyacağını gözləyir
Tayvan ictimai nəqliyyatın elektriklə işləyən avtomobillərə keçidi üçün 2,1 milyard dollar ayıracaq
Bu avtomobildən yalnız 333 ədəd istehsal ediləcək
Çində 3000 il əvvəl mövcud olmuş yaşayış məntəqəsinin izləri tapılıb