×
A
A
A
Sazlamalar

Miçiqan ştatında tornado nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb

Bakı, 21 may, AZƏRTAC

ABŞ-ın Miçiqan ştatının Geylord şəhərində baş verən tornado nəticəsində bir nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, tornado sıx məskunlaşmış yaşayış massivindən keçib və şəhərə böyük zərər vurub. Küləyin qopardığı ağaclar avtomobil yollarını bağlayıb, elektrik naqillərini qırıb. Təbii fəlakət nəticəsində, həmçinin evlərə və kommersiya binalarına külli miqdarda ziyan dəyib.

Dünya 2022-05-21 15:07:00