“Forbes Georgia” nəşrinin bir nömrəsi Şuşa və ümumilikdə Qarabağa həsr olunacaq
Tbilisi, 21 may, AZƏRTAC
Gürcüstanın nüfuzlu “Forbes Georgia” nəşrinin bir nömrəsi Şuşa və ümumilikdə Qarabağa həsr olunacaq. Bununla əlaqədar “Caspian Energy Club” ilə “Forbes Georgia” nəşri arasında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Gələcək planlar barədə danışan Telman Əliyev deyib ki, həmin jurnalın Qarabağa həsr olunmuş nömrəsinin təqdimatının da Şuşada keçirilməsi nəzərdə tutulub. Bundan başqa, gələcəkdə Şuşa şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi planlaşdırılır. Bununla bağlı təşəbbüs irəli sürülüb.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərarı dövlət başçısı qəbul etməlidir.
“Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regionda birgə layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim ölkələrin deyil, Avropanın da inkişafı üçün mühüm rol oynayır. Ona görə də hesab edirik ki, üç ölkənin iştirakı ilə Şuşada biznes forumun keçirilməsi simvolik məna daşıyacaq”, – deyə T.Əliyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Dövlət Gömrük Komitəsinin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
Səfər Mehdiyev: Gömrük Komitəsi altı ayda büdcə öhdəliyini 122,41 faiz yerinə yetirib
Sumqayıt Kimya Sənaye Parkının rezidenti İrlandiyaya şüşə vərəqələrin ixracına başlayıb
Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
Zəngilanda 38 min hektara yaxın ərazidə torpaqların təyinatı üzrə uçot işləri aparılıb