Nərimanov rayonunda yaşayış binasında yanğın zamanı mənzildən bir nəfər xilas edilib
Bakı, 21 may, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində iki ədəd sayğac və bir poqonometr kabel yanıb.
Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzildən bir nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs olunub
Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotik vasitə ilə tutuldular
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb
Sahil qəsəbəsində üç nəfərin velosipedlərini oğurlayan şəxs yaxalanıb