Şahmatçılarımız beynəlxalq turnirdə mübarizəyə başlayırlar
Bakı, 21 may, AZƏRTAC
Bu gün Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir start götürür.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda Nicat Abasov, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Günay Məmmədzadə təmsil edirlər.
Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.
Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib