Bu gün basketbol üzrə Avroliqanın qalibi müəyyənləşəcək
Belqrad, 21 may, AZƏRTAC
Basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu bu gün məlum olacaq.
AZƏRTAC xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərinin ev sahibliyi etdiyi Avroliqanın “Dördlər final”ının çempionluq matçında Türkiyənin “Anadolu Efes” və İspaniyanın “Real Madrid” klubları “Stark Arena”da üzləşəcək.
Qeyd edək ki, “Anadolu Efes” və “Real Madrid” Avroliqada 40-cı dəfə qarşı-qarşıya gələcək. 2000-ci ildən bəri iki klub arasında keçirilən 39 matçdan 13-də “Anadolu Efes”, 26-da isə “Real Madrid” qalib gəlib.
“Anadolu Efes” ötən il, “Real Madrid” isə 10 dəfə Avropa basketbolunun bir nömrəli kubokunu qazanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Cozef Bayden və Boris Conson üç ölkənin NATO-ya üzvlüklə bağlı razılığa gəlməsini alqışlayıb
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb