×
A
A
A
Sazlamalar

Şarl Mişel: Avropa İttifaqının Qərbi Balkan ölkələrinə ehtiyacı var

Sarayevo, 21 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinaya gəlib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Şefik Caferoviç və Milorad Dodiklə görüşüb.
Ş.Mişel deyib ki, Qərbi Balkan ölkələrinin Aİ-yə, Avropa İttifaqının da Qərbi Balkanlara ehtiyacı var. Bu ölkələrin Aİ-yə inteqrasiyasına yeni təkan verməyin vaxtı çatıb.
Aİ və Qərbi Balkan ölkələrinin liderlərinin iyunda Brüsseldə görüşəcəyini xatırladan Ş.Mişel bildirib: “Əməkdaşlığımızı dərinləşdirmək və dialoqumuzu gücləndirmək istəyirik”.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

 

Dünya 2022-05-21 13:10:00