×
A
A
A
Sazlamalar

“Real Madrid” klubu ispaniyalı yarımmüdafiəçisi ilə yollarını ayırır

Bakı, 21 may, AZƏRTAC

“Real Madrid” klubunun yarımmüdafiəçisi İsko yay transfer pəncərəsində komandanı tərk edəcək.
AZƏRTAC xəbər verir ki, bunu klubun baş məşqçisi Karlo Ançelotti “Betis” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. Altmış iki yaşlı mütəxəssis ispaniyalı yarımmüdafiəçinin “Real” ilə yollarını ayıracağını təsdiqləyib.
“İskonun “Real”dakı karyerası bu gün başa çatır. Çox böyük karyera idi. Təbii ki, daha çoxunu edə bilərdi. Lakin o, bizim üçün vacib oyunçu olub. Ona ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, İsko 2013-cü ildən “Real Madrid”ın formasını geyinir. Onun “kral klubu” ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır.

İdman 2022-05-21 13:10:00