Gürcüstanda iki dəfə zəlzələ qeydə alınıb
Tbilisi, 21 may, AZƏRTAC
Mayın 21-də səhər saatlarında Gürcüstanın bölgələrində iki dəfə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, birinci yeraltı təkan Tbilisi vaxtı ilə saat 06:12-də Borjomi şəhəri (Samtsxe Cavaxeti bölgəsi) yaxınlığında qeydə alınıb. Zəlzələnin gücü 3,6 maqnitudadır. İkinci təkanlar isə saat 08:42-də Kaxeti bölgəsində Dedoplitskaro şəhəri yaxınlığında 3,3 bal gücündə olub. Bundan sonra bir neçə afterşoklar yaşanıb. Dağıntılar və tələfat barədə məlumat yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur