×
A
A
A
Sazlamalar

Şahmatçımız Azər Mirzəyev Hindistanda beynəlxalq yarışda iştirak edəcək

Bakı, 21 may, AZƏRTAC

Sabah Hindistanda 13-cü şahmat festivalı start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışın güclü A kateqoriyalı turnirində Azərbaycanı Azər Mirzəyev təmsil edəcək. On turdan ibarət olan turnirdə 30-u qrosmeyster olmaqla 114 şahmatçı iştirak edəcək.
Yarış mayın 29-dək davam edəcək.

 

 

 

İdman 2022-05-21 12:56:00