×
A
A
A
Sazlamalar

Müsahibələrdə uğur qazanan 44 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Bakı, 21 may, AZƏRTAC

On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 12:15-dək olan məlumata görə, 41 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.

Elm və təhsil 2022-05-21 12:34:00