×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 42,8 faizi sənaye sahəsinə ayrılıb

Bakı, 21 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 42,8 faizi sənaye, 31,7 faizi nəqliyyat və anbar təsərrüfatına sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən dövr ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 17,9 faizi tikinti, 2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 1,2 faiz olmaqla informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf olunub.

 

Tikinti̇ 2022-05-21 12:30:00