Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?
Bakı, 21 may, AZƏRTAC
Vətəndaş qrant müsabiqəsində təlimçi kimi 3 ay fəaliyyət göstərərək müqavilə üzrə xidmət haqqı almalıdır. Buna görə ondan elektron qaimə-faktura vermək üçün “ASAN İmza” tələb olunur. “ASAN İmza” olmadan xidmət haqqını almaq mümkündürmü?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qarşı tərəfə təqdim etməlidir.
Qeyd olunub ki, elektron qaimə-faktura vergiödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergiödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən “Asan İmza”) vasitəsilə portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.
® NFC ödəniş texnologiya imkanları “Ziraat Bank Azərbaycan” mobil tətbiqində
İyulun 5-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan-İsveçrə bankları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
® Sahibkarlar üçün “Mobil POS”da əməliyyatlar hələ də komissiyasızdır