×
A
A
A
Sazlamalar

Qaradağda əcnəbi vətəndaşların dələduzluq yolu ilə pulunu və mobil telefonlarını alan şəxs müəyyənləşdirilib

Bakı, 21 may, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyənləşdirilərək saxlanılıb.
Onunla bağlı aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbinin ümumilikdə 440 ABŞ dollar pulunu, mobil telefonunu və paytaxt sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

 

Hadisə 2022-05-21 11:59:00